Noyabrın 5-də səhər saatlarında Tbilisinin “Saburtalo” futbol komandası məşq etmək üçün stadiona gəlib. Bir müddət sonra isə soyunub-geyinmə otağında saxladıqları əşyalarının oğurlandığı aşkar edilib. Oğurlanmış əşyalar arasında idman geyimləri, idman ayaqqabıları və müxtəlif şəxsi əşyalar olub.
Bundan əlavə, futbolçuların qan təzyiqini ölçmək və müxtəlif analizlər aparmaqla sağlamlığını qiymətləndirmək üçün istifadə edilən bahalı tibbi avadanlıqların da çatışmadığını bildirib.
Bu hadisəyə cavab olaraq Gürcüstanın Daxili İşlər Nazirliyi başqasının əmlakını oğurlamaq maddəsi ilə cinayət işi açıb.