Vətəndaşın evini qanunsuz sökən MTK rəhbəri cəzalandırılıb
REGİONAL MƏTBUAT
14:34
15.11.2023
Baxılıb: 5326
Vətəndaşın evini qanunsuz sökən MTK rəhbəri cəzalandırılıb

«MƏQAM» MTK-nın vəzifəli şəxsləri tərəfindən Nərimanov rayonu, Xətai prospekti 41 ünvanında yerləşən və paylı mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş müraciət üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılıb.

 

Araşdırmalarla Cəmil Qasımovun qeyd edilən MTK-nın icraçı direktoru vəzifəsində işləyərkən söküntü işlərinin aparılmasına dair müqavilə bağlanmış şəxsə guya həmin mənzildə payları olan şəxslərin razılığının alınması barədə yalan məlumat verərək ümumi sahəsi 111.2 kvadratmetr olan yaşayış sahəsinin 38.07 kv.metr hissəsinin qanunsuz sökülməsinə nail olması və nəticədə vətəndaşa 71 min manatdan artıq məbləğdə maddi ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

 

Toplanmış sübutlar əsasında Cəmil Qasımova Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Dünyanın ən yaxşı dron pilotları TEKNOFEST-də yarışıblar
16:58
Sağlam həyatın açarı: Daimi gəzinti
15:49
Müharibə Türkiyənin enerji sektoru üçün müəyyən təhdidlər yaradıb
15:22
Konfrans məkanında kişilər və qadınlar üçün iki meditasiya/ibadət otağı olacaq
15:17
Bəzi şəxslər dedikləri və ya yazdığı sözlərə görə məsuliyyət daşımayacaq
15:12
Azərbaycan COP29-un maliyyə öhdəlikləri ilə yanaşı digər faktiki əlavə xərcləri öz üzərinə götürür
14:54
Gürcü politoloq: Qərb ölkələri Gürcüstanda çaxnaşma salmağa çalışırlar
14:04
İraqın şimalında altı PKK-çı öldürülüb
13:50
ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb
13:49
Moskvada MDB XİN rəhbərlərinin Şurasının iclası başlayıb
13:45
Bu il ARDNF AÇG-nin işlənməsindən 4,6 milyard dollardan çox gəlir əldə edib
13:44
ABŞ bir il ərzində İsrailə hərbi yardım üçün 17,9 milyard dollar xərcləyib
12:43
Britaniya qanunsuz miqrantların sayına görə Avropada birinci yerdədir
12:41
Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır
12:39
Gürcüstanda prezidentin impiçment proseduru bərpa ediləcək
12:38
Bəhruz Quliyev: "Qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı layihələr hazırlanıb"
12:07
Azərbaycanda beynəlxalq ticarətlə məşğul olan sahibkarların əsas gözləntiləri açıqlanıb
12:05
Ekspert: Qazaxıstanda AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun yaradılması risklidir
12:03
Azərbaycanın belaruslu milli qəhrəmanının anasına hədiyyə və yardım çatdırılıb
12:02
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının törəməsi yenidən təşkil edilir
11:58