Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, qar və aşağı temperatur səbəbindən Mtsxeta- Stefantsminda-Lars beynəlxalq magistral yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib. Digər növ nəqliyyat vasitələrinin hərəkətinə isə qadağa yoxdur.
Magistral yolun digər hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb.