Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə noyabr ayının 18-də Mərkəzi Bank tərəfindən növbəti ağacəkmə tədbiri təşkil olunmuşdur.
Bu tədbir çərçivəsində Mərkəzi Bankın əməkdaşları tərəfindən Müşfiqabad qəsəbəsində yerləşən ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 Eldar şamı və zeytun ağacı əkilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın və ətraf mühitin qorunmasına hər zaman xüsusi əhəmiyyət verən ulu öndərin əziz xatirəsini yad etmək, dahi liderin yaşıllaşdırma ənənələrini davam etdirmək olmuşdur.