Təhlükəli İtalyan mafiasının üzvlərinə 2107 il həbs cəzası verilib
REGİONAL MƏTBUAT
11:00
21.11.2023
Baxılıb: 3157
Təhlükəli İtalyan mafiasının üzvlərinə 2107 il həbs cəzası verilib

Avropanın ən təhlükəli cinayət qruplarından biri hesab edilən İtaliyada yerləşən “Ndrangheta” mafia qruplaşmasının 207 üzvünə ümumilikdə iki min yüz il həbs cəzası verilib.

 

İtaliya məhkəməsi Avropanın və dünyanın ən güclü, geniş yayılmış və təhlükəli cinayət qruplaşmasından biri sayılan “Ndrangheta” işi çərçivəsində 207 nəfəri mühakimə edib.

 

İki mafiya liderinin də olduğu mafiya üzvləri müxtəlif ittihamlarla ümumilikdə 2100 il həbs cəzasına məhkum edilib. Məhkəmə 131 nəfərə isə bəraət verib.

Digər xəbərlər