Noyabrın 30-da səhər Almatıda Hostelə çevrilmiş binada yanğın baş verib. Yanğın nəticəsində 13 nəfər ölüb, 59 nəfər isə öz imkanları hesabına qaça bilib. Polisin verdiyi məlumata görə, ölənlərdən ikisi Rusiya, ikisi Özbəkistan, doqquzu isə Qazaxıstan vətəndaşı olub.
İlkin araşdırmalara görə, ölənlər dəm qazından zəhərləniblər. Yanğın söndürənlər hadisə yerinə 7 dəqiqə içində gəlib və yanğının qarşısını tez bir müddətdə ala bilib.