Çinin cənub-qərbindəki Yunnan əyalətindəki Qutu kömür mədənində baş vermiş qəza nəticəsində azı 3 şaxtaçı ölüb, daha 3 nəfər itkin düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Veysin dairəsinin təbliğat şöbəsi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, fövqəladə hadisə Pekin vaxtı ilə saat 05:40-da Santao kəndində baş verib və ərazidə qaya uçub. Hadisə qaz sızması ilə müşayiət olunub.
Şaxtada axtarış-xilasetmə işləri başlayıb. Hadisənin səbəblərinin aydınlaşdırılması ilə bağlı araşdırma aparılır.