ABŞ-nin Kolumbiya Dairəsinin Qanunverici Məclisinin üzvü, Demokrat Rayan Uayt on minlərlə dollarlıq rüşvət almaqda ittiham olunaraq saxlanılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə prokurorluğun yaydığı bəyanatda deyilir.
Sənəddə qeyd olunur ki, Uayt avqustun 18-də cinayət ittihamı ilə saxlanılıb. Məlumata görə, Uayt 2024-cü ilin iyun ayında vəzifəsindən bir neçə müqavilənin uzadılması məqsədi ilə hakimiyyət nümayəndələrinə təzyiq göstərmək məqsədilə istifadə müqabilində 156 min dollar nağd pulu qanunsuz qəbul etməyə razılaşıb.
Sənəddə izah edilir ki, söhbət zorakılığa qarşı xidmətlər göstərilməsi üzrə müqavilələrdən gedir. Müavilələrə əsasən iki yerli şirkət hakimiyyət orqanlarından ümumilikdə 5,2 milyon dollar alıb.