“Ukrayna qoşunları sərhəd xəttindən Rusiya ərazisinə daxil olduqdan sonra ABŞ-nin 45-ci prezidenti Donald Trampın iki ölkə arasındakı müharibə ilə bağlı mövqeyində dəyişiklik baş verib. Hazırda o, rəsmi Kiyevin bu addımının III Dünya müharibəsinə səbəb olacağını düşünür”.
APA-nın məlumatına görə, bu barədə “The Independent” nəşri yazı dərc edib.
Məqalədə vurğulanır ki, bu cür ritorika Trampın prezidentliyi dövründə dəfələrlə Şimali Koreyanın ünvanına səsləndirdiyi təhdidləri unutduğunu deməyə əsas verir.
Məqalədə Bayden-Harris cütlüyünün idarəçilik dövrü də ciddi şəkildə tənqid edilir:
“Dövlət Departamentində təmsil olunanların qlobal səviyyədə həyata keçirdiyi yanlış siyasəti səbəbindən hazırda ABŞ-nin qarşısında ciddi çağırışlar dayanıb. Bunu biz həm Əfqanıstan, həm də Ukrayna nümunəsində görə bilərik. Ümumilikdə isə onların hakimiyyəti dövründə dünya 4 nəhəng münaqişə ilə üz-üzə qalmağa məcbur oldu”.