Finlandiyanın keçmiş prezidenti Sauli Niinistönün Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin göstərişi ilə hazırladığı hesabat Avropa İttifaqının müharibəyə hazırlığını nümayiş etdirir.
Bunu “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippot bildirib.
Filippo hesabata sərt münasibət bildirib: “Tam dəlilikdir! Avropa İttifaqı total müharibə istəyir! Biz onu tərk edib məhv etməliyik!”.
Onun sözlərinə görə, avropalılar Rusiya ilə münaqişəyə sövq edilir ki, bu da hesabatda Avropa İttifaqı üçün əsas ehtimal olunan təhdidlərdən biri kimi təqdim olunur.