• Şikayət et

Rəisi Rusiyaya səfər edəcək

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib ki, İran prezidenti İbrahim Rəisi Rusiyaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə müxtəlif mövzularda ətraflı danışıqlar aparacaq, xüsusən də mədəni, siyasi və texnoloji sahələrdə əməkdaşlığın müzakirə edilməsi planlaşdırılır. “Prezidentin səfəri Rusiya prezidentinin dəvəti ilə həyata keçirilir, səfər böyük əhəmiyyət kəsb edir. Rəisi həmkarı ilə ətraflı görüş keçirəcək, müxtəlif məsələləri müzakirə edəcək: müxtəlif mövzular gündəmdədir, o cümlədən siyasi, mədəni və texnoloji sahələrdə əməkdaşlıq. Ümid edirik ki, bu səfərin öz nailiyyətləri olacaq”, - deyə X.Xətibzadə XİN-in həftəlik mətbuat konfransında bildirib. Bundan əvvəl İran hökumətinin sözçüsü Əli Bahadori Rəisinin yanvarda Moskvaya gedəcəyini bildirmişdi. Bununla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Raisinin Rusiyaya səfərinin mümkünlüyü üzərində iş gedir, vaxt daha sonra məlum olacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Rəisinin Rusiyaya səfəri çox əhəmiyyətli olacaq, İran rəhbərliyində dəyişiklikləri nəzərə alaraq münasibətləri inventarlaşdırmaq lazım gələcək, tərəflərin iqtisadi gündəmi müzakirə etməli olacağını vurğulayıb.

Elnur

Mənbə:
0
3180
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar