Məşhur amerikalı müğənni Meraya Keri anası Patrisiyanı və bacısı Alisonu eyni gündə itirdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, müğənni bu barədə özü məlumat verib, lakin onların ölüm səbəbini açıqlamayıb. “Qremmi” mükafatı laureatı olan sənətçi, anasının ölümündən bir həftə əvvəl onunla vaxt keçirdiyi üçün özünü şanslı hesab etdiyini deyib.
"Ötən həftə sonu anamı itirmək mənim üçün böyük bir faciə oldu. Təəssüf ki, eyni gündə bacımı da itirdim," – deyə Meraya Keri bildirib. Müğənni hər iki qadının ölüm səbəbi ilə bağlı əlavə məlumat verməkdən imtina edib.