Təhsil İnstitutunun təlimlərində 90-dan artıq metodik kabinet əməkdaşı və müəllim iştirak edib  

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən region müəllimləri və metodik kabinet əməkdaşları üçün “Səmərəli öyrədici mühitin qurulması” və “Müasir məzmun və formalı dərsdənkənar işin təşkili” adlı onlayn təlimlər davam etdirilir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, mərkəzin əməkdaşları Aynur Həşimova, Aygün İsgəndərova və Nigar Əhmədzadənin təqdimatında Cəlilabad, Şamaxı, Qax və Zaqatala rayonları üzrə təlimlər keçirilib. Təlimlərə ümumilikdə 90-dan artıq metodik kabinet əməkdaşı və müəllim qoşulub.

 

Qeyd edək ki, təlimlər növbəti aylarda da təşkil olunacaq. Təlimlərin 30 region və hər bir region üzrə 25 məktəbin müəllimləri üçün keçirilməsi nəzərdə tutulub.

Mənbə:
0
48
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar