UNEC tələbə-rektor və tələbə təşkilatlarına sədr seçkilərinə start verilir

UNEC-də tələbə-rektor və tələbə təşkilatlarına sədr seçkiləri yeni qaydada təşkil olunacaq.

 

AzEdu.az xəbər verir ki, aşağıdakı tələbə strukturlarına seçkilər elan olunur:

 

  • Tələbə-rektor
  • Tələbə Elmi Cəmiyyəti
  • Tələbə Gənclər Təşkilatı
  • İqtisadçı Vətənpərvərlər Təşkilatı
  • UNEC Könüllüləri Təşkilatı
  • Rəqəmsal Könüllülər Təşkilatı
  • UNEC Future Club

 

Qeyd olunan tələbə təşkilatlarına sədr seçkilərinə qatılmaq istəyən namizədlər üçün tələblər:

 

  • ÜOMG 71-dən az olmamalı;
  • Əyani şöbədə təhsil almalı;
  • Konfrans / müsabiqə / ictimai tədbirlərdə iştirakını təsdiqləyən sertifikat / diplom / fəxri fərmanlarının olmalı;
  • Xarici dil biliyi sertifikatının olması üstünlükdür.

 

Müəyyən olunmuş tələblərə cavab verən tələbələr 20-30 oktyabr tarixləri aralığında namizədlik üçün elektron qeydiyyatdan keçməlidirlər (https://forms.gle/7hpmTvtPC9R2qfNJ6). Qeydiyyatdan keçmiş namizədlər, bacarıqlarının qiymətləndirilməsi məqsədilə 1-3 noyabr tarixlərində ”Gənc İdarəçilər” imtahan-müsabiqəsində iştirak edəcəklər. İmtahandan uğurla keçən namizədlər üçün 4-14 noyabr tarixlərində təbliğat-təşviqat işlərinin təşkili, xüsusilə UNEC Radio, rəsmi sosial şəbəkələr və UNEC-in tədris binalarında yerləşən elan lövhələri açıq elan olunacaq.

 

Seçkilər 15 noyabr 2021-ci il tarixində saat 08:00-18:00-dək tələbələrin şəxsi kabinetlərində onlayn  səsvermə ilə təşkil olunacaq. Səsvermə prosesi UNEC-in rəsmi Youtube kanalında canlı yayımlanacaq.

 

Əlavə məlumat üçün: (012) 497 71 35

Mənbə:
0
63
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar