“Yanvardan yoluxma azalacaq” - Komitə sədrindən əhaliyə ÇAĞIRIŞ

Sentyabrın 22-dən 1-4-cü, sentyabrın 29-dan isə 5-11-ci siniflər üzrə əyani tədrisə başlanılıb.


Ölkə üzrə bu günədək 241 sinif distant təhsilə keçirilib, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.


Bakı şəhəri üzrə distant təhsilə keçirilmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub. 114 sinifdə tədris distant şəkildə təhsil davam etdirilir.


Məlumat üçün bildirək ki, Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb. Bu hal əsas götürülərək, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.


Əgər məktəblərdə yoluxma davamlı olsa, bütün təhsil ocaqları yenidən distant tədris sisteminə qaytarıla bilər?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a bildirib ki, mövsümi qrip fonunda koronavirusa yoluxmada artım müşahidə olunur və bu proses çox qısa bir müddət çəkəcək:


“Məktəblərin bağlanmasını öncədən demək olmaz. Amma mən düşünürəm ki, epidemioloji vəziyyət belə getməyəcək. Çünki peyvənd olunanların sayı gündən-günə artır. Payız mövsümünün gəlməsi, havanın soyuması ilə əlaqədar olaraq qrip və digər virus infeksiyaları çoxalır. Bunun da fonunda koronavirusa yoluxmada artım müşahidə olunur.


Eyni zamanda, demək olar ki, bütün sahələrdə ənənəvi iş rejiminə keçməsi yoluxmanın artımına təkan verdi. Bu keçici bir dövrdür.


Bununla yanaşı, məktəblərdə nəzarət gücləndirilməlidir. Təkcə məktəbin kollektivi tərəfindən yox, digər nəzarətedici orqanlar da bu işə qoşulmalıdır. Polis, səhiyyə əməkdaşları bu məsələni nəzarətdə saxlamalıdır”.



Komitə sədri dekabr ayınadək əhalinin peyvəndlənməsinin 80%-ə çatacağını, yoluxmanın yanvar ayından sonra aşağı enəcəyini təxmin edir:


“Temperaturun ölçülməsi, maska rejiminin gözlənilməsinə həm təhsil işçiləri, həm də şagirdlər əməl etməlidir. Çox təəssüf ki, əksər məktəblər buna əməl etmir, uşaqlar xüsusi ilə tənəffüslərdə maskasız gəzirlər. Ən əsas məsələ odur ki, uşaqların böyük bir qismi xəstəliyin ya daşıyıcısı olur, ya da çox yüngül keçirir. Amma evdəki insanlara yoluxdurduqları zaman nəticəsi ağır olur.


Mən düşünürəm ki, bu problem yanvar ayına qədər davam edəcək. Ondan sonra artıq yoluxma dinamikası azalacaq. Çünki ilin sonuna qədər əhalimizin 80%-dən çoxunu vaksinləşdirəcəyik. Bir sözlə, insanlara səslənirəm ki, indiki hal mövsümi xarakter daşıyır. Təşvişə düşməyə ehtiyac yoxdur. Sadəcə, ciddi karantin qaydalarına əməl etsinlər”.

Mənbə:
0
6
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar