Ziyalılar arasında ciddi narahatlıq- Azərbaycan tarixinin "görünməz düşmənləri"

Son illərdə ali məktəblərdə Azərbaycan tarixi və Türk xalqlarının tarixi fənlərinin tədris saatlarının azaldılması həmin fənləri gənclərimizə öyrədən ziyalılar arasında ciddi narahatlıq doğurmaqdadır.

Azərbaycan və Türk xalqlarının tarixinə belə yanaşmanın Ermənistanın Vətənimizin ayrı-ayrı ərazilərini işğal etməyə, dövlət müstəqilliyimizə son qoymağa cəhd etdiyi, əgər bunlar mümkün olmasa, Azərbaycanı əhəmiyyətli şəkildə zəiflətməyə çalışdığı bir vaxtda baş verməsi cəmiyyətdə narahatlıq doğurmaya bilməz...

Belə xain niyyətin həyata keçirilməsinin məkrli yollarından biri də xalqın, onun gəncliyinin öz tarixi keçmişindən, qan yaddaşından, soykökündən, genefondundan xəbərsiz, milli-mənəvi dəyərlərindən uzaq manqurt, hər qəlibə uyan bir toplum kimi böyüməsinə nail olmaqdır.

Təəssüf ki, son illərdə bu ideoloji istiqamətdə "görünməz düşmənin" getdikcə artan hucumlarının şahidi olmaqdayıq. Həmin hucum çox istiqamətliliyi ilə diqqəti cəlb edir. Bəzi şəxslərin xalqımızın taleyində əhəmiyyətli rol oynayan ayrı-ayrı siyasi xadimlərin "gözlərində tük axtarması, onların yaratdıqları dövlətin xarakter və mahiyyətini şübhə altına alan fikirlər yayması da belə istiqamətlərdəndir. Son illər milli ideologiya sahəsində "qloballaşma” donuna bürünənlərın şiddətli hucumu Azərbaycan tarixinin və Türk xalqları tarixinin tədrisi sahəsinə diqqəti daha da artmışdır. Bu ilin təxminən may-iyun aylarında ali məktəblərin bir qrup "mütəxəssisindən” ibarət ekspert komissiyasının hazırladıqları layihədə adları çəkilən fənlərin siyasi və stratei əhəmiyyəti nəzərə alınmamış və bu fənlərin tədrisinə ayrılmış saatların yenidən kəskin şəkildə azaldılmasına cəhd edilmişdir. Onların hazırladıqları layihə minlərlə ziyalını deyil, hətta Təhsil Nazirliyini və bir çox ali məktəb rəhbərlərini də rahatsız etmişdir. Maraqlıdır, görəsən, xalqımıza milli şüur, məğrurluq əxlaqı aşılayan, onlara tarixi keçmişlərindən xəbər verən bu fənlərin tədrisi ekspert komissiyasının üzvlərini niyə narahat etmişdir?.. Bu layihəni hazırlayan ekspertlər nə üçün susur, ictimaiyyəti narahat edən bu məsələlər barədə izahat vermirlər?.. 50 milyonluq Azərbaycan türkünün, 200 milyondan artıq türk xalqlarının tarixinin tədrisinin əhəmiyyətini fikirləşmədən "layihə” hazırlayan bu ekspertlər görəsən kimlərə və hara xidmət edirlər- deyə, hesab edirik ki, Təhsil Nazirliyinin müvafiq qurumları tezliklə ekspert komissiyasından izahat alacaq və bu çox vacib ümummilli məsələyə aydınlıq gətirəcəklər. Ekspert komissiyasının hazırladığı lahyihədən rahatsız olan ziyalılar, onlardan alınacaq izahatın mətbuatda işıqlandırılacağını gözləyirlər.

"Azərbaycan tarixi sevərlər” cəmiyyəti

Mənbə:
0
1443
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar