• Şikayət et

"İnter" "Çelsi"nin 130 milyon avroluq təklifini geri çevirdi

Milan "İnter"i hücumçusu Romelu Lukakunu satmaq niyyətində deyil.

Fanat.Az xəbər verir ki, jurnalist Alfredo Pedulla şəxsi saytı vasitəsi ilə milanlıların "Çelsi"nin 130 milyon avroluq təklifini geri çevirdiyi barədə informasiya yayıb.

Mənbə "zadəganlar"ın alman hücumçu Timo Verneri də İtaliyaya göndərməyə hazır olduğunu, lakin "İnter" rəhbərliyinin ingilislərə "yox" dediyini vurğulayıb.

2011-2014 aralığında məhz "Çelsi"yə məxsus olan Lukaku 2019-cu ildən "İnter"in uğurları üçün çalışır. Belçika millisinin 28 yaşlı forvardı geridə qalan mövsümdə A Seriyasında 36 oyun keçirib. Bu matçlarda 24 qol vuran hücumçu 11 məhsuldar ötürmə ilə də yadda qalıb.

Nihat

Mənbə:
0
1788
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar