| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM - ın elmi işçisi Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda mühazirə ilə çıxış etmişdir

2017-04-19 11:15:00

14 aprel 2017- ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin  (SAM) Daxili siyasətin təhlili şöbəsinin elmi işçisi Elnarə Qəribova  Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) keçirilən “Xəzər dialoqu 2017”  Beynəlxalq İqtisadi Forumunun 10-cu ildönümünə həsr edilmiş forumda “Trans-Xəzər dəhlizi:Mərkəzi Asiyada nəqliyyat geosiyasəti - Enerji resurslarının ixracatı və əməkdaşlıq” mövzusunda çıxış etmişdir.


MDBMİ Beynəlxalq Enerji Siyasəti İnstitutunun (BESİ) direktoru, Beynəlxalq Yanacaq və Energetika Akademiyasının rəhbəri Valeriy Salgin və Rusiya Ticarət və Sənaye palatasının  prezidenti Georgi Petrovun moderatoru olduğu forumun plenar iclasında  bölgə üzrə ikitərəfli və çox tərəfli formatda olan əməkdaşlıq təcrübəsi, Xəzəryanı ölkələrin davamlı elmi, texnoloji və iqtisadi inkişafı kontekstində beynəlxalq əməkdaşlıq və  Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlər müzakirə edilmişdir.



Forumda tanınmış diplomat və elm adamları, Avrasiya İqtisadi Qrupunun şöbə müdiri və mütəxəssisləri, təbii qaynaqlar, ekologiya, neft, enerji və turizm nazirləri, eyni zamanda, Rusiya Federasiyası Prezidentinin MDB iştirakçı-dövlətləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov, Milli Neft İnstitutu Fondu Nəzarət heyəti rəhbəri və “Xəzər elm və innovasiya” şurasının prezidenti Viktor Kalyujnı, Azərbaycan Respublikasının Rusiya Federasıyasındakı səfirliyinin məsləhətçisi Şövqi Mehdizadə və Rusiya Enerji Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin müdir müavini Tələt Əliyev və digərləri  iştirak etmişlər. Bununla yanaşı, Azərbaycan, İran, Qazaxıstan, Malayziya, Fransa, Çin, Hollandiyadan olan kütləvi informasiya nümayəndələri, Türkmənistan və digər ölkələrdən gələn sahibkarlar və  gənclər təşkilatları üzvləri də forum iştirak etmişdir..

 

 

 



 

: 537