| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın “Strateji təhlil” jurnalının 3-cü sayı (2014) çapdan çıxmışdır

2014-12-18 09:11:44

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji təhlil” jurnalının 3-cü sayı işıq üzü görmüşdür.Jurnalda yerli və xarici ölkə ekspertlərinin müvafiq mövzularda məqalələri dərc edlmişdir.

 

Jurnalın redaksiya şurasının sədri akademik Ramiz Mehdiyevdir.

 

“Strateji təhlil” jurnalının 3(10)-cü sayının“Milli inkişafın strateji prioritetləri” adlı  bölməsində informasiya təhlükəsizliyinin qlobal dünyada mahiyyəti, müasir dövrdə informasiya təhlükəsizliyinin humanitar aspektləri, Azərbaycanda informasiya siyasətinin əsasları, onun strateji vəzifələri, istiqamətləri və resursları, bu sahədə formalaşmış normativ-hüquqi bazanın informasiya cəmiyyəti quruculuğunda prioritetliyi, inkişafın yeni mərhələsində informasiya təhlükəsizliyi sahəsində həyata keçirilən dövlət siyasəti, informasiya müharibələri və texnologiyaları hərbi münaqişələrin yeni metodları kimi, intellektual resursların, insan kapitalının miqrasiyasının milli və beynəlxalq təhlükəsizlik siyasəti ilə əlaqəli şəkildə tənzimlənməsi  və s. mövzular ətraflı təhlil edilmişdir. Bu bölmədə:  AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin “Milli informasiya məkanı və informasiya təhlükəsizliyinə təhdidlər: bəzi humanitar aspektlər”, fəlsəfə elmləri doktoru, professor Bəbir Quliyevin “İnformasiya sivilizasiyası və hərbi-siyasi qarşıdurmalar məkanının transformasiyası: əsas meyillər və perspektivlər”, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayevin “İnsan kapitalının miqrasiyası: əsas xüsusiyyətlər, istiqamətlər və dövlət siyasəti” adlı məqalələri yer almışdır.

 

Jurnalın “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlı ikinci bölməsində tarixi yaddaşımızda erməni fitnəkarlığının bariz nümunəsi kimi həkk olunmuş Sumqayıt hadisələrinə geniş yer verilmişdir. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı İbrahim Məmmədovun “Tarixi yaddaş və tarixi məsuliyyət: Sumqayıt hadisələri – erməni təxribatı” adlı məqaləsində Sumqayıt hadisələrinin yaranma və başvermə səbəbləri, səbəbkarları, idarə olunması və nəticələri haqqında ətraflı məlumat verilmişdir.

 

“Xarici siyasət və beynəlxalq münasibətlərin aparıcı meyilləri” adlı üçüncü  bölmədə Surə Hüseynovanın “Avropa təhlükəsizlik diskursu: Avropa təhlükəsizlik arxitekturasında Aİ-nin artan rolu” (rus dilində), Rusiya  Dövlər İdarəçilik Akademiyasının ekspertiAleksandr Truxinin “Rusiya və Fars körfəzi ölkələrinin çoxvektorlu əlaqələrinin perspektivləri" (rus dilində) adlı məqalələri əksini tapmışdır.

 

“Milli dövlət və qlobal geosiyasi məkanın çağırışları” adlı bölmədə ArazQurbanovun  “Transsərhəd su ehtiyatlarından hidrosiyasi təzyiq vasitəsi kimi istifadə olunması: qlobal və regional təhdidlər”, İqrar Məmmədlinin “Coğrafi amillər və geosiyasi məkanın xüsusiyyətləri”, Mahir Hümbətov və Xədicə Əlizadənin “E-ticarətin dünyada və Azərbaycandakı mövqeyi” adlı məqalələrində qeyd olunan mövzular ətraflı araşdırılmışdır.   

 

“KİV, sosial şəbəkələr və informasiya təhlükəsizliyi” adlı dördüncü bölmədə Vüqar Rəhimzadənin “Azərbaycanda informasiya siyasəti: milli model və beynəlxalq təcrübə”, Hüsniyyə Babayevanın “Azərbaycanda dinamik siyasi idarəçilikdə PR-texnologiyaların artan rolu” (rus dilində) adlı məqalələri öz əksini tapmışdır.

 

Jurnalın “Tarix, fəlsəfə, mədəniyyət: mövqelər, baxışlar”adlı sonuncu bölməsində Eldar Əmirovun “Şah İsmayıl Səfəvi: milli məfkurənin təşəkkülündə din amili”, Aqşin Əliyevin “Müasir cəmiyyətdə siyasi mədəniyyət: dəyişən reallığa yeni yanaşmalar”, Lətifə Əliyevanın “XX əsrin əvvəllərində Azərbaycanda qadın hüquqları (seçki hüququ tarixi aspektində)” və İradə Əliyevanın “Azərbaycanda tarixi-siyasi hərəkatlar (Əliabad üsyanı)” adlı məqalələrinə yer verilmişdir.


StratejiTehlil-10.pdf

 



 

: 1094