| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı” - HESABAT

2011-07-17 16:59:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə ekspert qrupunun şərhi əsasında "2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı” mövzusuna dair hesabat hazırlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmarlar Mərkəzinin "İqtisadiyyatın təhlili və qloballaşma məsələləri” şöbəsi tərəfindən "2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı” mövzusunda hesabat hazırlanmışdır.

Hesabatda ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların iqtisadiyyatımız üçün müsbət nəticələri təhlil edilir. Hesabat 6 hissədən ibarətdir: real, fiskal, monetar sektor, tədiyə balansı, hökumətin anti-böhran tədbirləri və sosial sahələrin inkişafı.

Hesabatın real sektor bölməsində hökumətin sənaye, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları və tikinti sahələrindəki uğurları öz əksini tapır. Fiskal sektor iki hissədən ibarətdir: dövlət büdcəsi və Dövlət Neft Fondu.

Həmçinin, hesabatda Azərbaycanın əldə etdiyi uğurların beynəlxalq hesabatlardakı nəticələrinə də yer ayrılmışdır.

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal rəqabətlilik 2010-2011 hesabatında” 57-ci yeri, Makroiqtisadi sabitlik göstəricisinə görə isə bütün MDB ölkələrini qabaqlayaraq 13-cü yerdə qərarlaşmışdır.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business 2011: "Sahibkarlıq üçün şəraitin yaxşılaşdırılması” birgə hesabatının nəticələrinə əsasən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 183 ölkə arasında Azərbaycan 54-cü yeri tutmuşdur.

2005-2010-cu illər ərzində Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olmuş və 101-ci yerdən "Human Development İndex 2011” hesabatında 67-ci pilləyə qədər qalxmışdır.
2003-2010-cu illərdə ÜDM real ifadədə 3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2 dəfə, dövlət büdcəsinin gəlirləri 9.3 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 2.9 dəfə, xarici ticarət dövriyyəsi 5.4 dəfə, strateji valyuta ehtiyatları 19 dəfə artmışdır. Tədiyə balansının cari əməliyyatlar balansında 2010-cu ildə yaranan müsbət saldonun həcmi 2005-ci illə müqayisədə 90 dəfə artmışdır.

Ümumiyyətlə, hesabatda prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsində ölkə iqtisadiyyatının son səkkiz ildə dəfələrlə artdığı aydın şəkildə görünür.


 

: 202