| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

28 iyun 2012-ci il tarixində “Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

2012-06-28 06:31:00

28 iyun 2012-ci il tarixində "Hilton Bakı" otelinin "Sevda" zalında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), "Caucasus International” və  "Turkish Policy Quarterly”  jurnallarının birgə təşkil etdiyi "Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri” mövzusunda beynəlxalq  konfrans keçiriləcək.

Konfransda Cənubi Qafqaz ölkələrini və Türkiyə Respublikasını təmsil edən bir sıra ekspertlər iştirak edəcək. 
Konfransda region dövlətlərinin müstəqillik əldə edilməsinin şahidi olmuş üç şəxsin ötən əsrin 90-cı illərinin əvvəllərinə aid hadisələrin açıq və səmimi təsvirini verəcəyi, regional və qlobal səviyyədə milli identikliyin, yenidən iqtisadi strukturlaşmanın, təmsil etdikləri ölkələrin regional və qlobal miqyasda məqsəd və strategiyaları barədə fikirlərini bildirəcəkləri nəzərdə tutulur. 
Hər üç ölkənin iqtisadi və siyasi baxışlarının inkişafı, mövcud tarazlığın dəyişməsi perspektivləri, Rusiya, Avropa İttifaqı, Türkiyə və ABŞ-ın regiondakı münaqişələrin həllində gələcək fəaliyyətləri müzakirə ediləcəkdir.


 

: 379