| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

3-5 noyabr 2014-cü il tarixində Azərbaycanda “Türkiyə Həftəsi” keçirilir

2014-11-03 22:55:35

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi ilə birgə 3-5 noyabr 2014-cü il tarixlərində Azərbaycan Respublikasında “Türkiyə Həftəsi” keçirir.


İlk olaraq, 2 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin Analitik informasiya sektorunun müdiri Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov və Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Cavid Vəliyev Türkiyə Respubikası Xaricdə Yaşayan Türklər və Qohum Xalqlar Komitəsinin direktoru Kudret Bülbül, komitənin əməkdaşları Murat Gürbüz, Sevitay Yıldırım, Gürhan Polat, Ali Kurt və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin üçüncü katibi Öznur Sarıgöllə görüş keçirmişlər.


3 noyabr 2014-cü il tarixində eyni zamanda iki təhsil ocağında beynəlxalq konfranslar keçirilmişdir. 


ADA Universitetində mövzusunun "Azərbaycan-Türkiyə Münasibətlərində Siyasi Təhlükəsizlik Aspektləri" olduğu konfransın məruzəçiləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin böyük məsləhətçisi Turab Qurbanov, SAM-ın direktoru Dr. Fərhad Məmmədov, Türk XİN SAM-ın direktoru Prof. Dr. Əli Rəsul Üsul, METU professoru Prof. Dr. Oktay Tanrısevər, Xaricdə Yaşayan Türklər və Qohum Xalqlar Komitəsinin sədri Dos.Dr. Kudrət Bülbül Karagöz, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin direktor müavini Sürəyya Ər və Yunus Əmər İnstitutu direktorunun müavini Dr. Əbubəkir Ceylan Kılıç olmuşdur. 


Azərbaycan İqtisad Universitetində təşkil olunan, "Azərbaycan-Türkiyə iqtisadi münasibətləri və onun regionun iqtisadi gələcəyinə təsiri" mövzulu beynəlxalq konfransın məruzəçiləri SAM-ın Qloballaşma və İqtisadiyyat şöbəsinin müdiri Dr. Vüsal Qasımlı, Türkiyə Enerji Nazirliyinin aparat müavini Zafer Benli, AK Partiya Ərzurum, millət vəkili Adnan Yılmaz, İstanbul Ticarət Universitetinin müəllimi, Prof.Dr. Murat Yülək, İldirım Bəyazit Universitetinin müəllimi, Prof. Dr. Erdal Tanas, "Daily Sabah" qəzeti köşə yazarı Dos. Dr. Ali Ünal, Türk XİN SAM-ın şöbə müdiri Ümit Alpaslan və Türkiyə Enerji Nazirliyinin işçisi Çağlayan Yıldız olmuşdur.


Konfranslar sual – cavab sessiyaları ilə yekunlaşmışdır.


Səfərin ikinci günü hər iki tərəfin nümayəndə heyəti Qəbələ şəhərində "Azərbaycan-Türkiyə münasibətləri: imkanlar və çağırışlar" mövzulu dəyirmi masada iştirak edəcək və daha sonra Ağdam şəhərinə səfər edəcək.


"Türkiyə həftəsi" 5 noyabr mətbuat konfransı ilə yekunlaşacaq.



 

: 2711