| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

ABŞ DÖVLƏT KATİBİNİN KEÇMİŞ MÜŞAVIRI MARK QROSMAN STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNİN QONAĞI OLACAQ

2011-03-17 05:40:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətinin verdiyi məlumata görə, SAM-ın dəvəti ilə uzun müddət ABŞ Dövlət Departamentində bir sıra nüfuzlu vəzifələrdə çalışmış Mark Qrosman cari ilin avqust ayının 20-dən 25-dək Azərbaycana səfər edəcək. Səfər çərçivəsində amerikalı diplomatın Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Avqustun 24-ü isə səfir Qrosman Strateji Araşdırmalar Mərkəzinin qonağı olacaq və "XXI əsrdə diplomatiyanın çağırışları” mövzusunda keçiriləcək dəyirmi masada məruzə ilə çıxış edəcək. Təşkil olunacaq tədbirdə XİN–in və ADA-nın məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər də iştirak edəcək.

Qeyd edək ki, 1994-1997-ci illərdə ABŞ-ın Türkiyədəki səfiri vəzifəsində çalışmış, 1997-2000-ci illərdə ABŞ Dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi, 2001-2005-ci illərdə isə siyasi məsələlər üzrə müşaviri olmuş cənab Qrosman hazırda "The Cohen Group” təşkilatının sədr müavinidir.


 

: 502