| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

ABŞ-ın Kolumbiya Universitetinin professoru Albert Bressandın iştirakı ilə dayirmi masa

2009-03-16 16:34:00

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Qlobal enerji bazarının vəziyyəti və ABŞ-ın yeni administrasiyasının enerji siyasəti" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Tədbiri açan Mərkəzin direktoru, siyasi elmlər doktoru, professor Elxan Nuriyev dünya maliyyə böhranının qlobal enerji sisteminə təsirindən, böyük dövlətlərin enerji siyasətindəki dəyişikliklərdən, Qərbin qlobal enerji siyasətinə strateji baxışından, neft istehsal edən ölkələrin qlobal enerji bazarında rolundan danışmışdır.

Azərbaycanın qlobal enerji siyasətindəki roluna toxunan Elxan Nuriyev bildirmişdir ki, Cənubi Qafqazın lider dövləti Azərbaycan hazırda dünya iqtisadi sistemində özünün layiqli yerini tutmuşdur. Artıq tanınmış beynəlxalq ekspertlər etiraf edirlər ki, uğurlu siyasət nəticəsində Azərbaycanın mövqeləri getdikcə daha da möhkəmlənir.

Tədbirdə əsas məruzəçi olan ABŞ-ın Kolumbiya Universiteti nəzdində Enerji, Dəniz Nəqliyyatı və İctimai Siyasət Mərkəzinin direktoru, iqtisad elmlər doktoru, professor Albert Bressand "Qlobal enerjinin vəziyyəti, ABŞ-ın yeni enerji siyasəti və Avrasiya regionunda konstruktiv enerji münasibətləri üçün imkanlar" mövzusunda geniş təqdimatla çıxış etmişdir.

Amerikalı ekspert dünyanı bürümüş iqtisadi və maliyyə böhranından, onun qlobal enerji bazarına təsirindən danışmış, ölkəsinin yeni prezidenti Barak Obamanın həyata keçirdiyi iqtisadi və enerji proqramlarına toxunmuşdur.

Tədbirdə iştirak edən Azərbaycan Diplomatik Akademiyasının xarici siyasət proqramının direktoru Fariz İsmayılzadə, ABŞ səfirliyinin enerji məsələləri üzrə məsul əməkdaşı Alan Eyre, Dövlət Neft Şirkətinin birinci vitse-prezidentinin müşaviri, professor Eldar Şahbazov, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Rüstəm Məmmədov və digərləri müzakirə edilən məsələlərə münasibət bildirmişlər. 




 

: 1160