| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

ABŞ-ın "Stratfor" analitik mərkəzinin prezidenti professor Corc Fridmanla dəyirmi masa

2011-03-22 05:26:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə Bakıda səfərdə olan ABŞ-ın nüfuzlu "beyin mərkəzi” sayılan Stratforun prezidenti, professor, məhşur alim Corc Fridman 10 iyun 2010-cu il tarixində SAM-da olmuş və Mərkəzin direktoru Elxan Nuriyevlə görüşmüşdür. Görüşdə Azərbaycan və ABŞ arasındakı əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yüksək səviyyədə qarşılıqlı səfərlər mübadiləsinin və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayan tərəflər, əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə iki "beyin mərkəzi” arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin Azərbaycan və ABŞ arasında təmasların daha da sıxlaşmasına öz töhfəsini verəcəyinə əmin olduqlarını qeyd etmişlər. Görüş zamanı həmçinin qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında da fikir mübadiləsi aparılmışdır.

Daha sonra amerikalı qonaq SAM-da "ABŞ-ın xarici sityasətində qeyri-tarazlılıq” mövzusunda keçirilmiş "dəyirmi masa”da məruzə ilə çıxış etmişdir. C. Fridman Azərbaycanın antiterror əməliyyatlarında fəal iştirakına, geostrateji mövqeyinə və enerji təhlükəsizliyi probleminin həlli üçün potensialına görə rəsmi Vaşinqton üçün əhəmiyyətli ölkə olduğunu və ABŞ-Azərbaycan münasibətlərinin daha yaxşı zəmində qurula biləcəyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Tədbirdə həmçinin son zamanlar Cənubi Qafqaz, Yaxın və Orta Şərq bölgələrində baş verən geosiyasi proseslər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 2008-ci ilin avqust ayında Gürcüstanda baş verən hadisələr, Iranın nüvə proqramı və Tehrana qarşı qəbul olunan yeni sanksiyalar, ABŞ-Rusiya münasibətləri, enerji sahəsində əməkdaşlıq, terrorizmə qarşı mübarizə, beynəlxalq təhlükəsizlik və digər bu kimi məsələlərə də toxunuldu.


 

: 430