| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Almaniya XİN-in rəsmisi SAM-da məruzə ilə çıxış etmişdir

2011-03-18 05:46:00

24 fevral 2010-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyev, Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya bölməsinin müdiri Yohanes Reqenbrexti qəbul etmişdir. Görüşdə Azərbaycan və Almaniya arasındakı əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yüksək səviyyədə qarşılıqlı səfərlər mübadiləsinin və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayan tərəflər, həmçinin humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə iki ölkənin "beyin mərkəzləri” arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin Azərbaycan və AFR arasında təmasların daha da sıxlaşmasına öz töhfəsini verəcəyinə əmin olduqlarını qeyd etmişlər. Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında da fikir mübadiləsi aparılmışdır.

Daha sonra Almaniya Federativ Respublikasının XİN-in Cənubi Qafqaz və Mərkəzi Asiya bölməsinin müdiri Yohanes Reqenbrext SAM-da "Regional və qlobal siyasi meyllər kontekstində Almaniyanın Cənubi Qafqaz siyasəti” mövzusunda məruzə ilə çıxış etmişdir. Qonaq öz məruzəsində regional əməkdaşlıq məsələlərinə toxunaraq, Almaniyanın Cənubi Qafqaz regionunun hər üç ölkəsi ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. O, qeyd etmişdir ki, Almaniya Federativ Respublikası bu regionda sülhün və sabitliyin tərəfdarıdır və bu istiqamətdə həm Almaniya, həm də Avropa İttifaqı tərəfindən addımlar atılmaqdadır.

Almaniyanın, Norveçin və Macarıstanın səfirləri Per Stankina, Yon Ramberg, Yeno Borosun və Azərbaycanda akkreditə olunmuş digər diplomatik nümayəndəliklərin təmsilçilərinin, XİN-in məsul əməkdaşlarının, regional və beynəlxalq münasibətlər üzrə yerli mütəxəssislərin iştirak etdiyi tədbirdə 2008-ci ilin avqust ayında Gürcüstanda baş verən hadisələr, Türkiyə-Ermənistan əlaqələrinin qurulması istiqamətində atılan addımlar, Sürixdə (İsveçrə) imzalanan protokollar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi, Avropa Qonşuluq Siyasəti, "Şərq Tərəfdaşlığı” proqramı, enerji sahəsində əməkdaşlıq, beynəlxalq təhlükəsizlik və digər bu kimi məsələlər müzakirələrin əsas mövzusu olmuşdur.


 

: 534