| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Bilge Cankorelin iştirakı ilə müzakirəli görüş

2010-06-11 20:08:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) xüsusi layihə üzrə Azərbaycanda diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşləri davam etdirir. Qeyd olunan layihə çərçivəsində 11 iyun 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Azərbaycanda demokratik dəyərlərin dəstəklənməsində ATƏT-in Bakı ofisinin rolu” mövzusunda müzakirəli görüş təşkil edilmişdir.


Mövzu üzrə məruzəçi qismində ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel təqdimatla çıxış etmişdir. Tədbirdə XİN–in məsul əməkdaşları, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin eləcə də SAM-ın əməkdaşları iştirak etmişlər.


SAM-ın direktoru cənab Elxan Nuriyev tədbiri giriş nitqi ilə açaraq iştirakçılara səfir Əli Bilge Cankoreli təqdim etdi. E. Nuriyev Azərbaycan Respublikasının demokratik inkişafı haqqında konkret faktları iştirakçıların diqqətinə çatdırdı. O qeyd etdi ki, Azərbaycan cəmiyyəti ölkənin milli inkişafında ən vacib faktoru kimi demokratikləşməni görür və vurğuladı ki, Azərbaycan 1918-1920-də müsəlman dünyasında birinci Demokratik Respublikanı qurmuşdur. SAM-ın direktoru xüsusilə qeyd etdi ki, Azərbaycan demokratik sistemin inkişafı strategiyasına istiqamətlənib və bu strategiya Azərbaycan cəmiyyətinin stabillikdən modernləşməyə keçidində onun daha da təkmilləşdirilməsinə kömək edəcək. Çıxışından sonra SAM-ın rəhbəri sözü qonağa verdi.


Səfir Əli Bilge Cankorel tədbirin məruzəçisində ATƏT-in Bakı ofisinin parlament seçkilərindən əvvəl işinin fəallaşdığını qeyd etdi və ATƏT-in Bakı Ofisinin fəaliyyətindən danışdı. "Bakıda ATƏT-in Ofisi seçkilərdən əvvəl daha çox fəal dialoq mühitinin yaranmasına cəhd edir. Ofisin hazırda fəaliyyəti seçki prosesində azad yığıncaqların keçirilməsi, seçkilərə müdaxilənin qabağının alınması, namizədlərin qeydiyyatı və kütləvi informasiya vasitələrinin seçkilərdə rolu məsələləri üzərində cəmlənmişdir” deyə qeyd etdi.


Azərbaycanda demokratik dəyərlərin inkişafına toxunan ATƏT Bakı Ofisinin rəhbəri dedi ki, Azərbaycanda demokratiya gəncdir və demokratiyanın tam inkişafı üçün çoxlu işlər görülməlidir. "Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, siyasi baxımından stabil ölkədir və regionda böyük inkişaf perspektivlərinə malikdir" deyə məruzəçi bildirdi. Görüşdə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və regional təhlükəsizlik problemlərinin tənzimləməsində ATƏT-in Minsk Qrupunun fəaliyyəti müzakirə edildi. Əli Bilge Cankorel, Dağlıq Qarabağ kimi münaqişələrin regionda demokratiyanın dolğun inkişafına mənfi təsir etdiyini vurğuladı. Səfir ümidvar olduğunu bildirdi ki, münaqişə həll ediləcək və bu Azərbaycanın xeyrinə olacaq.


 

: 355