| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin SAM-ın şərhləri adlı xüsusi nəşrinin növbəti sayı rus dilində çap edilmişdir

2016-12-12 23:56:28

SAM-ın direktor müavini Gülşən Paşayevanın müəllif olduğu "Beynəlxalq dillər ictimai diplomatiyanın tərkib hissəsi kimi" adlanan bu yeni nəşrdə xarici siyasət sahəsində dil faktorunun rolu və müasir ictimai diplomatiyanın dil baxımından özəllikləri təhlil edilmiş,  beynəlxalq dillərin Azərbaycanın dil məkanında işlədilməsinin bəzi aspektləri nəzərdən keçirilmişdir.

 

Nəşrdə ictimai diplomatiya baxımından dilin kommunikativ, sosial-mədəni və status potensialına malik olması faktı əsas götürülərək, beynəlxalq dillər kimi müasir dünyada geniş istifadə edilən ingilis, fransız, çin və rus dillərinin nümunəsində Böyük Britaniyanın, ABŞ-ın, Fransanın, Çin Xalq Respublikasının və Rusiya Federasiyasının həyata keçirdikləri ictimai diplomatiya siyasəti araşdırılmışdır.  

 

Eyni zamanda bu gün qlobal lingua franca rolunu oynayan ingilis dilinin və SSRİ dövründə böyük nüfuza malik olan rus dilinin müstəqil Azərbaycanın dil məkanında işlədilməsi, həmin dillərin və eləcə də Azərbaycan dilinin dövlətimizin apardığı ictimai diplomatiya siyasətində istifadə imkanları təhlil edilmişdir.

 


МИРОВЫЕ ЯЗЫКИ КАК СОСТАВНАЯ ЧАСТЬ ПУБЛИЧНОЙ ДИПЛОМАТИИ.pdf

 



 

: 1019