| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycan nümayəndə heyətinin İtaliyaya səfəri baş tutacaq

2012-11-28 06:05:00

28 noyabr – 1 dekabr tarixlərində Azərbaycanı təmsil edən nümayəndə heyəti İtaliyaya səfər edəcək. 

Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri, Milli Məclisin Deputatı Azər Kərimli, Milli Məclisin Deputatı Rüfət Quliyev, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin Deputatı Rövşən Rzayev olacaq. 
28 noyabr 2012-ci il tarixində  İtaliya Prezidentinin Diplomatik müşaviri, səfir Stefano Stefanini ilə görüş planlaşdırılır. 29 noyabr 2012-ci il tarixində İtaliya Parlamentində "İtaliya – Azərbaycan” münasibətlərinin 20 ili” mövzulu konfrans təşkil olunacaq, daha sonra Deputatlar Palatasının sədri Gianfranco Fini ilə görüş keçiriləcəkdir.     
Nümayəndə heyəti 30 noyabr 2012-ci il tarixində Bruno Kessler Fondunun təşkil etdiyi "Cənubi Tirol muxtariyyəti Post Sovet məkanında münaqişələrin həlli üçün model ola bilərmi?” mövzusunda konfransda iştirak etmək üçün Trentoya səfər edəcək. Trentoda Azərbaycan nümayəndə heyətinə SAM-ın direktor müavini Gülşən Paşayeva, aparıcı elmi işçisi Kamal Makili – Əliyev və Qafqaz Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri Fərhad Mehdiyev də qatılacaq. Konfransda Trento əyalətinin qubernatoru və Trentino – Alto Adige/Cənubi Tirol regionunun Prezidenti Lorenzo Dellai açılış nitqi ilə çıxış edəcək. Azərbaycan nümayəndə heyətindən Elnur Aslanov və Gülşən Paşayevanın məruzə ilə çıxışları nəzərdə tutulub. Fərhad Məmmədov, Kamal Makili – Əliyev və Fərhad Mehdiyevin müzakirələrdə iştirakı planlaşdırılır.  


 

: 371