| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

«Azərbaycan regionu öz arxasınca Avropaya doğru apara bilər» - Fərhad Məmmədov ("Magyar Nemzet", Macarıstan)

2012-10-22 23:51:00

«Azərbaycan Avropa və Qara dəniz regionu ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsinə özünün prioritet istiqamətlərindənbiri kimi yanaşır. Müharibə ölkənin uzunmüddətli inkişaf planlarına daxil deyildir, İran dövləti ilə yaranmış böhran vəziyyətinəgəldikdə isə dövlətimiz qarşıdurmanın dinc üsüllarla tənzimlənməsinin tərəfdarıdır» - bu sözləri Azərbaycan RespublikasıPrezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bizimlə müsahibəsində demişdir. - Ramil Səfərovun ekstradisiyası ilə bağlı beynəlxalq reaksiya Sizi təəccübləndirdimi? - Azərbaycanın bu hərəkəti ilə bağlı müxtəlif fikirlər səslənib. Lakin, ilk növbədə onu bildirmək istərdim ki, söhbət məsələ ilə bağlı atılan hüquqi addımlardan gedir. Ramil Səfərovun Macarıstanda məsuliyyətə cəlb olunması, onun Azərbaycana ekstradisiyası və ölkə başçısı tərəfindən əhv edilməsi bütövlükdə Macarıstanın və Azərbaycanın qanunlarına, beynəlxalq hüquq normalarının tələblərinə tamamilə uyğun şəkildə baş vermişdir. Üçüncü tərəflər bu məsələyə dair mövqe bildirərkən biz məhz bu hüquqi amilləri önə çəkirik. Digər şərhlər isə sırf emossional xarakter daşıyır. Müəyyən dövlətlərin mövqeyi, məsələyə ikili standartlardan yanaşması isə bizdə təbii təəccüb hissi oyadır. Görəsən, onlar Fransanın Orli hava limanında terror aktı törədən cinayətkar Karapetyanın Ermənistanda milli qəhrəman elan olunmasına nə üçün susmuşdular? Bu baxımdan, Ramil Səfərovun işi ilə bağlı beynəlxalq reaksiya ilk növbədə erməni diasporunun məskunlaşdıqları ölkələrin hakimiyyətinə etdikləri təzyiqlərinin nəticəsi kimi dəyərləndirilir. Mənim şəxsi qənaətimə gəldikdə isə, bu məsələ indiyədək həllini tapmayan Qarabağ münaqişəsinin məntiqi nəticəsidir.  - Ramil Səfərovun ekstradisiyasını Azərbaycan-Macarıstan münasibətlərindəki psixoloji maneəni aradan qaldıran addım kimiqiymətləndirmək olarmı?
- Ramil Səfərovun həbsindən səkkiz il keçmişdir. Lakin, beş il əvvəl Azərbaycan ilk dəfə Avroviziya mahnı festivalında iştirak edəndə bizim ifaçılarımıza ən çox səsi Türkiyə və Macarıstan tamaşaçıları vermişdilər. Bir sözlə, ekstradisiya məsələsi gündəmə gəlməmişdən əvvəl də ölkələrimiz arasında müsbət əlaqələr vardır və bu münasibətlər bundan sonra da inkişaf etdiriləcəkdir. Bu proses isə müəyyən vaxt tələb edir. Çünki, əvvəlcə zəruri siyasi sənədləri imzalamaq, sonra isə əməkdaşlığın möhkəmləndirilməsinə yönəldilən iqtisadi infrastruktur yaratmaq lazımdır. Eyni zamanda, hər iki ölkənin vətəndaşları da bir-birini yaxından tanımalıdırlar. Əlbəttə, Ramil Səfərovun işini bəhanə gətirib bu əlaqələrə kölgə salmaq cəhdləri olsa da, həmin səylər müsbət proseslərə təsir göstərə bilməmiişdir.
- Ölkələrimiz arasında qarşılıqlı münasibətlərin inkişafına dair hansı gözləntiləriniz var?
- Macarıstan Avropanın mərkəzində yerləşir. Azərbaycan isə Mərkəzi-Şərqi Avropa, Qara dəniz ölkələri ilə əlaqələrin inkişafına üstünlük verməkdədir. Buna səbəb isə həmin ölkələrin Azərbaycan üçün ən yaxın xarici bazar olmalarıdır. Məsələn, indiyədək bir sıra Azərbaycan müəssisələri Macarıstanın iqtisadiyyatına sərmayə qoymuşlar. Macarıstan isə öz növbəsində, NABUKKO layihəsində iştirak etmək arzusundadır. Bizim mütəxəssislər bir sıra sənaye sahələri üzrə, o cümlədən mebel istehsalında tətbiq olunan qabaqcıl texnologiyaları macarıstanlı həmkarlarından həvəslə öyrənirlər. Avropada ikinci olan gənclər mərkəzi də Macarıstandadır və Azərbaycanda bu mərkəzlə əməkdaşlıq edənlərin sayı çoxdur. Ölkələrimiz arasında gediş-gəliş vizalarının verilməsi prosesi də sadələşdirilmişdir. Doğrudur, hələlik Azərbaycandan Macarıstana gedən turistlərin miqdarı hələlik bir o qədər də çox olmasa da, sayları tədricən artmaqdadır. Biz ərazisi o qədər də böyük olmayan, lakin bütün səylərini dövlət müstəqilliklərinin qorunub-möhkəmləndirilməsinə yönəldən dövlətlərik.

- Son vaxtlar hətta dünyanın nüfuzlu nəşrlərində İranın nüvə məsələsi ilə bağlı dərc olunan məqalələrdə Azərbaycan-İsrailmünasibətlərinə də toxunulur. Ölkəniz yaranmış beynəlxalq problemin hərbi yolla həlli variantını müdafiə edirmi?

- Azərbaycan dəfələrlə bəyan etmişdir ki, onun ərazisindən qonşu dövlətlərə qarşı heç vaxt istifadə olunmayacaqdır. Qonşu İranda təqribən 25 milyon etnik azərbaycanlı yaşayır. Onlar İran cəmiyyətinin əhəmiyyətli hissəsidirlər. Azərbaycanlılar, daha dəqiq desək, Azərbaycan türkləri İran dövlətçiliyini quran əsas xalqlardan biridır. Doqquz yüz il ərzində Azərbaycan sulalələri bu ölkədə hakimiyyət başında olmuşlar. Bir sözlə, İran dövlətinə təkcə farsların deyil, azərbaycanlıların da aidiyyatı vardır. Bundan başqa, Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi yaranmış problemin qısa vaxt ərzində sülh yolu ilə tənzimlənməsinin tərəfdarı kimi çıxış edir. Biz nüvə texnologiyasının dinc məqsədlərlə istifadəsi əleyhinə deyilik. Lakin, əgər bir qonşumuz hazırda nüvə silahına malikdirsə, ikinci qonşunun da nüvə başlıqlı raketlərə yiyələnməsini istəmiriik.
-Son iyirmi il ərzində Azərbaycan böyük inkişaf yolu keçmişdir. Kənardan belə təsəvvür yaranır  ki, bu inkişaf azərbaycanlılaruzun tarixi dövrdən sonra öz təbii sərvətlərinə, ilk növbədə enrji daşıyıcılarına sahib çıxması nəticəsində mümkün olmuşdur. Eləisə, xarici amillərin – əcnəbi ölkələrin və fövqəldövlətlərin, transmilli şirkətlərin Azərbaycana təzyiqləri varmı? Siz millisərvətlərinizi onlarla necə bölüşürsünüz?

- Çox maraqlı sualdır. Azərbaycanın bağladığı müqavilələrin bir çoxu 1994-cü ildə – neftin bir barelinin qiyməti 25 dollara bərabər olduğu dövrdə imzalanmışdır. Bu qiymət Azərbaycan üçün o qədər də sərfəli olmasa da, biz son dövrlərədək onun dəyişdirilməsinə səy göstərməmişik. Problemin əsas məğzi budur ki, Azərbaycan nefti dəniz dibindən çıxarılır və bu proses böyük məbləğdə sərmayə qoyuluşunu tələb edir. Lazım olan neftçıxarma texnologiyalarını əldə etmək zərurətini nəzərə alan Azərbaycan geniş imkanlara malik şirkətlərlə müqavilələr bağlamağa qərar vermişdir. Beləliklə, ilk mərhələdə əldə olunan vəsait sərmayəçilərin çəkdikləri xərclərin ödənilməsinə yönəldilmişdir. Bütün bunlardan sonra isə Azərbaycan neft hasilatından gəlir payını götürməyə başlamışdır. Xoşbəxtlikdən, elə həmin dövrlərdə neftin satış qiyməti yüksəlməyə başlamış və birinci mərhələ üçün nəzərdə tutulmuş on il əvəzinə cəmi iki il kifayət etmişdir. Hazırda yaranan əlverişli şərait nəticəsində ölkəmiz əhəmiyyətli miqdarda gəlir əldə edə bilir. Xüsusilə qeyd etməliyəm ki, bu əməkdaşlıqda Azərbaycan özünü məsuliyyətli tərəfdaş kimi göstərə bilmişdir. Lakin, bu statusu tam təsdiqləmək üçün hələ bir qədər də vaxt lazımdır. Eyni zamanda, bu gün ölkəmizin əsas iqtisadi vəzifələrindən biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir.
- Ölkənin inkişafı, Qarabağ problemi və xarici siyasəti arasında asılılıq varmı?

- Qarabağ münaqişəsi kimi ciddi problemin mövcudluğuna baxmayaraq, Azərbaycan nəzərdə tutduğu beynəlxalq layihələri tamamilə reallaşdıra bilmişdir. Neft və qazın ixracı üzrə əsas boru kəmərlərini istismara buraxılmış, eləcə də Gürcüstan və Türkiyə ərazilərindən keçən dəmir yolu magistralı inşa edilmişdir. Bütün bunlar yaxın 15-20 il ərzində ölkəmizə təqribən 150 milyard ABŞ dolları məbləğində gəlir əldə etməyə imkan verəcəkdir. Regional inkişaf planlarının gerçəkləşməsindən sonra qarşımızda həllini gözləyən yeganə problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz Dağlıq Qarabağ ərazisində azərbaycanlılarla ermənilərin sülh içərisində yaşamasını çox istəyirik. Eləcə də, Azərbaycan Dağlıq Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinə təminat verməyə, onların iqtisadi inkişafı üçün əlverişli şərait yaratmağa, milli identikliklərini qorumağa hazırdır. Həmin məqsədlərə nail olmanın əsas vasitəsi isə Avropadadır və əgər problem həll olunarsa, həm Azərbaycan, həm də Türkiyə istiqamətində olan sərhədlər Ermənistanın üzünə açılacaqdır. Bu isə olduqca vacibdir. Çünki, bu münaqişə Ermənistanın dövlət müstəqilliyini deqradasiyaya məruz qoyur. Ermənilərin özləri də etiraf edirlər ki,  ölkənin illik büdcəsi 2,7 milyard dollar olduğu halda, büdcə kəsiri 400 milyon dollara çatır. Deməli, çıxış yolunu tapmaq lazımdır. İlk addım isə Dağlıq Qarabağın ətrafında olan Azərbaycan bölgələrinin işğaldan azad olunması və bunun sayəsində sərhədlərin açılmasıdır. Növbəti addım kimi azad edilmiş ərazilər demilitarizasiya olunmalıdır. Yalnız bütün bunlardan sonra Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlara başlamaq olar. Diqqət edin, baskların torpaqlarına dair mübahisələr bu gün də davam edir. Lakin bu heç də o demək deyildir ki, müzakirələrin sivil qaydada keçirilməsi üçün imkanlar yoxdur. Müharibə dövlətimizin uzunmüddətli inkişaf planlarına daxil deyildir. Xəritəyə diqqət yetirin. Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsinin  həllindən sonra Azərbaycan Avropaya inteqrasiyaya can atan hər bir ölkə üçün lokomotiv rolunu oynaya və bu istiqamətdə bütün regiona təkan verə biləcəkdir.


 

: 623