| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Azərbaycan və Avrasiyanın yeni geosiyasəti: xarici siyasətin strategiyası, Xəzər regionunun enerji təhlükəsizliyi və böyük dövlətlərin siyasəti” mövzusunda dəyirmi masa

2008-10-14 21:40:00

14 oktyabr 2008-ci il tarixində Vaşinqtonda daha bir dəyirmi masa Vudro Vilson adına Beynəlxalq Mərkəzdə təşkil edilmişdir. Bu tədbirdə əsas məruzəçi kimi Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru "Azərbaycan və Avrasiyanın yeni geosiyasəti: xarici siyasətin strategiyası, Xəzər regionunun enerji təhlükəsizliyi və böyük dövlətlərin siyasəti” mövzusunda çıxış etmişdir. Vudro Vilson adına Beynəlxalq Mərkəz tərəfindən təşkil edilmiş bu dəyirmi masada tanınmış amerikalı siyasətşünaslar, iqtisadçılar və ABŞ-da akkreditə olunmuş səfirliklərin əməkdaşları iştirak etmişdir. 


 

: 304