| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Bakıda “Kreativ nəsil: Gələcək bu gün yaranır” mövzusunda milli müzakirə keçirilmişdir

2012-07-05 17:46:00

5 iyul 2012-ci ildə "JW Marriott Abşeron Bakı” otelində Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə "Kreativ nəsil: Gələcək bu gün yaranır” mövzusunda milli müzakirə keçirilmişdir.

Tədbirdə yaradıcı gənclik Azərbaycanda gələcəyin başlıca resursu kimi, gənc nəslin kreativ potensialının inkişafına nəsillərin baxışı mövzuları ətrafında tanınmış yaradıcı şəxslərin, eləcə də gənclərin məruzələri dinlənildi, mövzu ətrafında geniş müzakirələr aparıldı. Tədbirdə Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın akademik katibi, Azərbaycan postmodern nəsrin tanınmış nümayəndəsi Kamal Abdulla, Siyasi detektiv sahəsində dünya şöhrətli yazıçı Çingiz Abdullayev, Azərbaycan İntellektual Assosiasiyası” İctimai Birliyinin sədri Balaş Qasımov, "ABŞ Təhsilli Azərbaycan Məzunlarının” İctimai Birliyinin sədri Aynur Piriyeva, Mərkəzi Bankın Baş direktoru Emin Hüseynov, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı, tanınmış aparıcı Murad Dadaşov, "Azərbaycan Milli Gənclər Şurasının” sədri Şahin Seyidzadə kimi tanınmış yaradıcı şəxslər iştirak etmişlər.

SAM-ın direktoru Fərhad Məmmədov qeyd etmişdir ki, bir neçə həftə əvvəl Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin mətbuatda bununla bağlı "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində” adlı fundamental əsəri dərc olunmuşdur. Bu, həmin əsərlə bağlı ilk ictimai müzakirədir. Fərhad Məmmədov bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd yeniləşən Azərbaycan gəncinin gələcəyə baxışının formalaşması ilə bağlı müzakirələr aparmaqdır.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla bildirmişdir ki, akademik Ramiz Mehdiyevin yeni fundamental əsərində Heydər Əliyevin əsasını qoyduğu strategiyanın, Prezident İlham Əliyevin bugünkü və gələcək siyasətinin ciddi elmi təhlili aparılmışdır. Kamal Abdullanın fikrincə, kreativliyə doğru yol yalnız təhsildən keçir.

Yazıçı Çingiz Abdullayevin fikrincə, kreativliyə doğru yol yalnız keyfiyyətli təhsildən keçir. 21 əsrdə uğur yaradıcılıqdan aslıdır. " Söhbət incəsənət - ədəbiyyat sahəsində yox, məs yenilikdən, yəni bu məhsulu səndən əvvəl heç kəs yaratmayıb” deyə fikir bildirdi.

"Azərbaycan İntellektual Klublar Assosiyasiyası” İctimai Birliyinin sədri Balaş Qasımov "Avropa və digər inkişaf etmiş ölkələrlə rəqabətdə kreativ gənclərə ehtiyac var” deyə çıxış etmişdir.

"ABŞ Təhsilli Azərbaycan Məzunlarının” İctimai Birliyinin sədri Aynur Piriyevanın fikrincə "Bu günün ideyası sabahın uğurlu layihəsidir”.

Mərkəzi Bankın Baş direktoru Emin Hüseynov: "Azərbaycan orta gəlirli ölkələr siyahısındadır. 21-ci əsr İnsan Kapitalı əsridir. Təhsilin inkişafı iqtisadiyyatı daha da gücləndirir” deyə fikirlər söyləmişdir.

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı çıxışında "Kreativlik fundamental dəyişikliyə səbəb olmalıdır, gəncləri dinləmək lazımdır, gənclərin qarşısında duran əsas məsələ gənclərin hüquqlarını bilməsidir” kimi fikirlərlə çıxış etmişdir.

Tanınmış aparıcı Murad Dadaşov "Biz Kreativlikdən danışırıq, hamı kreativ ola bilməz, savadlı ola bilməz. Dövlət savadlı gənclərlə işləmək arzusundadır. Media Biznesini öyrənin, ən gəlirli sahə Media-Biznesidir. Vətəni təkcə ürəklə yox, ağılla da sevməliyik” deyə nitqini yekünlaşdırmışdır.

"Azərbaycan Milli Gənclər Şurasının” sədri Şahin Seyidzadə bildirmişdir ki, " Uğurlu menecerlər daha çox uğur qazanmış insanlarla təmasda olurlar. Uğur qazanmış insanlar stereotiplərə qarşı gedirlər”.

Konfrans zamanı bir neçə məruzəçi öz presentasiyalarını təqdim etmişlər. Konfrans iki hissədən ibarət olub və onların hər biri sual-cavab hissəsi ilə yekunlaşmışdır.


 

: 81