19 may 2015-ci il tarixində Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və Avropa
Siyasət Mərkəzinin (EPC) "Cənubi Qafqaz - inteqrasiya və fraqmentləşmə arasında" mövzusunda
hazırladıqları kitabın təqdimat mərasimi keçirilmişdir. EPC-nin baş elmi işçisi
Amanda Polun moderatorluğu ilə aparılmış bu tədbirdə SAM-ın direktor müavini Gülşən
Paşayeva və Xarici siyasət məsələlərinin
təhlili şöbəsinin müdiri Cavid Vəliyev, Tartu Universitetinin
professoru Andrey Makarıçev və Birləşmiş Krallığın Link təşkilatının direktoru
Denis Sammut məruzə etmişlər.
Avropa Parlamentinin, Avropa Xarici Siyasət Xidmətinin, Avropa İttifaqı yanında daimi nümayəndəliklərin, beynəlxalq qeyri-hökumət təşkilatlarının və s. altmışdan çox təmsilçisini bir araya gətirən bu tədbirdə Cənubi Qafqaz bölgəsinin hazırkı durumu və onun gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmış və iştirakçıların müxtəlif sualları məruzəçilər tərəfindən cavablandırılmışdır.
The South Caucasus - Between integration and fragmentation.pdf