| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

BÖYÜK BRITANIYANIN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ SAM-IN QONAĞI OLACAQ

2011-03-17 05:39:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi xüsusi layihə çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşləri davam etdirir.

Beləki, 18 sentyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi "Müasir regional geosiyasət kontekstində Azərbaycan-Böyük Britaniya münasibətləri” mövzusunda dəyirmi masa təşkil edəcək. Mərkəzin konfrans zalında təşkil olunacaq tədbirdə əsas məruzəçi qismində Böyük Britaniya və Şimali Irlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri xanım Karolin Braun iştirak edəcək.

XİN–in və ADA-nın məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi dəyirmi masada, Səfir Azərbaycan-Böyük Britaniya münasibətləri, iki ölkə arasında olan tarixi, siyasi, iqtisadi və mədəni əlaqələrdən danışacaq, iştirakçıların suallarını cavablandıracaq.

Bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd regionda və beynəlxalq aləmdə baş verən proseslər və dövlətlərin bu hadisələrə münasibətləri, regional və beynəlxalq münasibətlər sistemindəki mövcud problemlərin həlli ilə bağlı ölkənin ekspert ictimaiyyətini məlumatlandırmaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin həyata keçirdiyi layihə çərçivəsində ilk görüşlər Rusiya, Türkiyə, İsrail və Çinin Azərbaycandakı səfirləri ilə olub.


 

: 122