| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Cənubi Koreya, İtaliya və Serbiya Respublikasının nümayəndə heyətləri SAM-ın qonağı olmuşdur

2014-10-03 15:41:03

2-3 oktyabr 2014-cü il tarixində IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə şəhərimizə səfər edən bir sıra ölkələrin nümayəndə heyətləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin də qonağı olmuşdur.
   

2 oktyabr 2014-cü il tarixində İtaliyanın "Vox Populi" elm mərkəzinin rəhbəri professor Ermanno Vizintayner və cari ildə Trento şəhərində təsis edilmiş Azərbaycan üzrə araşdırmalar mərkəzinin rəhbəri Fernando Orlandi və başqa qonaqlar SAM-da görüş keçirmişlər.  


Qeyd edək ki, E.Vizintayner ötən il italyan dilində nəşr edilmiş "Azərbaycanda Alban Apostol Kilsəsinin tarixi" adlı kitabın müəlliflərindən biridir və hal-hazırda da Azərbaycanın tarixi haqqında elmi araşdırmalarını davam etdirir. F.Orlandi isə son illər ərzində Azərbaycanın tarixi, daxili və xarici siyasət prioritetləri, enerji siyasəti, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər mövzulara həsr olunmuş elmi konfrans və dəyirmi masalar təşkil etmişdir.


3 oktyabr 2014-cü il tarixində Cənubi Koreyanın Hankuk Xarici Dillər Universitetinin Beynəlxalq və Regional Biliklər Məktəbinin baş professoru və Cənubi Koreyanın nüfuzlu elmi araşdırma mərkəzlərindən sayılan Asiyanın Gələcək İnstitutunun icraçı prezidenti Park Cin və nümayəndə heyətinin üzvləri SAM-ın qonağı olmuşdur.    


Həmin gün daha bir görüş keçirilmişdir. SAM-ın qonaqları Belqrad (Serbiya) şəhərində fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq və Davamlı İnkişaf Mərkəzinin (CİRSD) prezidenti Vuk Yeremiç və icraçı direktoru Zdravko Ponoş olmuşdur.     


Görüşlərdə SAM-ın direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva və əməkdaşlar iştirak etmişlər. F.Məmmədov qonaqları Mərkəzin fəaliyyəti ilə yaxından tanış etmiş, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə etmişdir.

 



 

: 65