| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Cənubi Qafqaz: Qlobal tendensiyalar və təhlükələr

2010-04-14 12:49:00

16 aprel 2010-cu il tarixində, saat 11.00 Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində SAM və Böyük Britaniyanın "International Alert” təşkilatının birgə təşkilatçılığı ilə "Cənubi Qafqaz: Qlobal tendensiyalar və təhlükələr” mövzusunda "dəyirmi masa” təşkil olunacaqdır. Tədbirdə məruzəçilər qismində SAM-ın direktoru Elxan Nuriyev, "International Alert” təşkilatının baş katibi Den Smit, Avrasiya proqramları üzrə layihə direktoru Desislava Rusanova, SAM-ın xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Gülşən Paşayeva, Qərb Universitetinin professoru Fikrət Sadıxov və digərləri çıxış edəcəklər.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın expert ictimaiyyəti ilə dünyanın geosiyasi cəhətdən önəmli regionlarından sayılan Cənubi Qafqazın reallıqlarını müzakirə etmək, mövcud tendensiyaları və təhlükələri qiymətləndirərək, onalara qarşı birgə mübarizə strategiyası hazırlamaq, regionun inkişaf perspektivlərinə, təhlükəsizlik məsələsinə, sülhə və əməkdaşlığa dair fikir mübadiləsi aparmaq və beynəlxalq diplomatiya proseslərinə elmi töhvələr verməkdir.

Qeyd edək ki, "International Alert” təşkilatı müstəqil sülhməramlı qurum olaraq dünyanın 20 ölkəsində və münaqişəli ərazilərdə fəaliyyət göstərir. Təşkilat Qafqazla bağlı layihələrini isə 1993-cü ildən etibarən gerçəkləşdirir. "İnternational Alert” bu regionda qeyri-stabillik yaradan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə bütün mövcud imkanlardan istifadə təşəbbüsü ilə çıxış edir və münaqişə tərəflərinin vətəndaş cəmiyyətini dialoqa cəlb edir. Bunun üçün isə təşkilat səmərəli mühitin yaranmasını vacib sayır.


 

: 68