| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Dağlıq Qarabağ münaqişəsi: Dar sahədə Böyük Oyun” başlıqlı məruzə Türkiyə ictimaiyyətinə təqdim olunmuşdur

2011-10-06 04:51:00

5 oktyabr 2011-ci il tarixində Türkiyənin nüfuzlu beyin mərkəzlərindən biri olan Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin(USAK-Uluslararası Stratejik Araştırmalar Kurumu) Avrasiya Tədqiqatları Departamentinin rəhbəri Turqut Dəmirtəpənin rəhbərliyi ilə və USAK-ın ekspertləri - professor Kamer Kasım, Güner Özkan, Habibe Özdal, Hasan Selim Özertem, Gülay Kılıç və Arzu Turgut, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Zaur Şiriyevin iştirakı ilə hazırlanan "Dağlıq Qarabağ münaqişəsi: Dar sahədə Böyük Oyun” başlıqlı geniş məruzə Türkiyə ictimaiyyətinə təqdim olunmuşdur.

Məruzədə Azərbaycan və Ermənistanın münaqişənin həllinə baxışları, regional güclərin münaqişə tərəfləri ilə bağlı mövqeyi və siyasəti, qaçqın və məcburi köçkün problemləri geniş şəkildə tədqiq olunaraq, siyasi tövsiyələr yer almışdır.

Zaur Şiriyev, məruzədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövgeyi, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar və ictimaiyyətin münaqişənin həllinə baxışı və digər məsələləri hazırlamışdır.

Qeyd edək ki, məruzə çap formatında Türkiyədə satışdadır.



 

: 395