| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Fransa Xarici Işlər Nazirliyinin nümayində heyəti SAM-da olmuşdur

2015-03-06 17:41:58

6 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və aparıcı elmi işçi Kamal Makili-Əliyev Fransa Xarici İşlər Nazirliyinin nümayəndə heyətilə görüşmüşdür.

Görüşdə Fransa Xarici İşlər Nazirliyinin Tədqiqat, Proqnozlaşdırma və Srategiya Mərkəzinin direktor müavini David Cvach, həmin Mərkəzinin Rusiyavə MDB dövlətləri üzrə mütəxəssisi Remi Bulleqe, ATƏT Minsk Grupun həmsədri Pyer Andrieu, Fransa Səfirliyinin birinci müşaviri Fabyen Drua-Lozinski və Fransa Səfirliyinin təcrübəçisi Olivia Speed iştirak etmişlər. 
 
Görüşün əvvəlində F.Məmmədov SAM haqqında ümumi məlumat vermişdir. Müzakirələr zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münagişəsi, Avropa İttifaqının münaqişəyə dair mövqeyi, həmçinin global çağırışlara uyğun
strategiyanın seçilməsi məsələlərinə toxunulmuşdur.  Ukrayna böhranının həllində Avropa İttifaqının rolu və  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münagişəsinin həllində Avropa İttifaqının rolunun artırılması  perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.


 

: 3929