| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimat mərasimi keçirilmişdir

2018-03-29 10:11:20

2018-ci ilin mart ayının 29-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının konfrans salonunda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri olan “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimat mərasimi keçirilmişdir. Kitabın müəllifləri Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, SAM-ın aparıcı elmi işçisi Araz Qurbanov və tədqiqatçı Elşad Əlilidir. Kitabın elmi məsləhətçisi və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylidir.

 

 

Tanınmış elm və ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin, jurnalistlərin iştirakı ilə keçirilmiş tədbiri Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açaraq, Azərbaycanın və region xalqlarının tarixinin, onların maddi və qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi və saxtalaşdırılması səylərindən, bu hallara qarşı mübarizə istiqamətində görülən tədbirlərdən danışmışdır. M.Əhmədov “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabını bu sahədə yeni addım kimi dəyərləndirmiş, bu cür tədqiqatları erməni saxtakarlığına qarşı sanballı cavab kimi qiymətləndirmişdir.

 

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Ərəstü Həbibbəyli qeyd etmişdir ki, bu gün erməni adlandırdığımız haylar etnik kimlik deyil, zaman-zaman etnik kimliyini itirən və kilsə ətrafında birləşən ayrı-ayrı fərdlərin birliyidir. Ə.Həbibbəyli bildirmişdir ki, etnik kimlik daşımayan ermənilərin müxtəlif xalqların milli-mədəni dəyərlərinə və tarixi irsinə sahib çıxmaq cəhdləri, özlərini qədim xalq kimi təqdim etmək niyyətləri məhz bundan qaynaqlanır.

 

 

SAM-ın direktoru Fərhad Məmmədov çıxışında region xalqların maddi-mədəni və tarixi irsinin mənimsənilməsinin bu gün Ermənistan dövlətinin daxili və xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini bildirmişdir. F.Məmmədov erməni saxtakarılığının ifşa edilməsi sahəsində SAM-ın göstərdiyi fəaliyyətdən bəhs etmiş və bu sahədə istər yerli, istərsə də xarici mütəxəssislərlə sıx əməkdaşlıq edildiyini vurğulamış və bu gün təqdimatı keçirilən kitabın da məhz belə bir əməkdaşlıq sayəsində ərsəyə gəldiyini qeyd etmişdir. F.Məmmədov həmçinin erməni saxtakarlıqlarının ifşası istiqamətində fəaliyyətin bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğulamış və kitabın erməni yalanlarının iç üzünün açılmasında sanbalı tədqiqat əsəri olduğunu qeyd etmişdir.

 

 

Təqdimat mərasimdə iştirakçıların da çıxışları dinlənilmişdir.



 

: 247