| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Fransa rəsmiləri SAM-ın qonağı olmuşdur

2014-09-10 12:26:25

9 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva, şöbə müdiri Vüsal Qasımlı və aparıcı elmi işçi Gülmira Rzayeva Fransa nümayəndə heyətilə görüşmüşdür.

Görüşdə Fransanın iqtisadi və maliyyə məsələləri üzrə Nazir Müşaviri, Fransanın Rusiyadakı Səfirliyinin MDB və Gürcüstan üzrə İqtisadi Şöbəsinin müdiri və Fransa Beynəlxalq İnvestisiyalar Agentliyinin regional bürosunun sədri Daniyel Metr, maliyyə müşavirinin köməkçisi Cənab Florian Kraft, Fransanın Azərbaycandakı səfirliyinin iqtisadiyyat müşaviri Erve Sarnelli və başqa qonaqlar iştirak etmişlər.

Müzakirələr zamanı Azərbaycaniqtisadiyyatının sürətli inkişafı və rəqabət qabiliyyətinin güclənməsi, həmçinin dünya çağırışlarına uyğun strategiyanın seçilməsi məsələrinə toxunulmuşdur. Görüşdəiqtisadiyyat, ticarət və energetika sahəsində əməkdaşlıq istiqamətlərinin hazırkı durumu və inkişaf perspektivlərinə dair fikir mübadiləsi olmuşdur.



 

: 1037