| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Genişlənmiş Qara dəniz-Xəzər hövzəsi regionunda Azərbaycanın enerji strategiyasına geosiyasi amillərin təsiri

2009-09-28 09:42:00

Sentyabrın 29-u isə saat 15.00-da Mərkəzdə "Genişlənmiş Qara dəniz-Xəzər hövzəsi regionunda Azərbaycanın enerji strategiyasına geosiyasi amillərin təsiri” mövzusunda dəyirmi masa təşkil olunacaq. Tədbirdə əsas məruzəçi qismində (guest speaker) Kanadanın Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya tədqiqatları institutunun baş elmi işçisi, siyasi elmlər doktoru Robert Katler çıxış edəcək.

Qeyd etmək lazımdır ki, Robert Katler cəmiyyətin informasiyaya çıxışı, informasiyanın, xüsusilə mədəniyyətlər arası kontekstdə idarə olunması, beynəlxalq institutlar və rejimlər sahəsində də geniş nəzəri və təcrübi biliklərə malikdir.

Mərkəzin konfrans zalında təşkil ediləcək və maraqlı müzakirələrlə müşayiət olunacaq tədbirlərdə DAK-ın, XİN–in, ADA-nın, ARDNŞ-nin, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin, eləcə də diplomatik nümayəndəliklərin məsul əməkdaşları, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər də iştirak edəcəklər.


 

: 139