| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda dəyirmi masa keçiriləcək

2011-07-02 16:09:00

4 iyul 2011-ci il tarixində saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində(SAM) "Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda dəyirmi masa keçiriləcək.
 
Tədbirin  keçirilməsində əsas məqsəd ənənəvi mediadan yeni mediaya keçidin Azərbaycana nə qazandıracağını müəyyən etməkdir. Dəyirmi masada aşağıdakı məsələlərə aydınlıq gətirilməsi və müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur: Azərbaycanda yeni medianın mövqeyi, onu ənənəvi mediadan fərqləndirən cəhətlər; Azərbaycanda medianın transformasiyasının ənənəvi media vasitələri üçün yaratdığı risklər, onun KİV təmsilçiləri və informasiya auditoriyası üçün müsbət və mənfi tərəfləri; Azərbaycanda yeni medianın səviyyəsi və prioritetləri; Yeni media və milli təhlükəsizlik; Yeni mediaya ictimai nəzarət mexanizmləri; Azərbaycanın dövlətçilik maraqlarının qorunmasında yeni media "yeni vasitə” kimi; "Yeni media” və  demokratiya. Söz və fikir azadlığının yeni media ilə bağlılığı; İctimai şüurun formalaşmasında yeni medianın təsiri; Sosial şəbəkələrin psixoloji aspektləri və informasiya ötürmə qabiliyyəti.
 
Tədbirdə bu sahədə çalışan təcrübəli ekspertlər, ənənəvi və yeni media təmsilçiləri, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.


 

: 378