| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dövri nəşri olan “SAM-ın Şərhləri”nin növbəti sayı işıq üzü görmüşdür

2015-02-18 12:27:52

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dövri nəşri olan SAM-ın şərhlərinin növbəti sayı müasir dövrdə sürətlə inkişaf edən yeni diplomatiya: e-diplomatiya (e-diplomasy) və ya rəqəmsal (digital) diplomatiya mövzusuna həsr edilmişdir. Nəşrin müəllifi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Tahirə Allahyarovadır. (Tahirə Allahyarova. XXI əsrdə xarici siyasət və e-diplomatiya ( e-diplomacy) Azərbaycan dövlətinin xidmətində. Bəzi aktual  məsələlərin təhlili.-SAM-ın Şərhləri. Say XIII. dekabr 2014.-50 s.)

 

Müəllif qeyd edir ki, XXI əsrdə İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) sürətli inkişafı nəticəsində xarici siyasət və diplomatiya 10-15 il əvvəl təsəvvürə belə gəlməyən yeni çağırışlarla üz-üzə gəlmişdir. Hazırda dünyanın əksər dövlətləri öz milli maraqlarını təmin etmək üçün bəhs edilən sahədə yeni qeyri-dövlət aktorlarının  meydana gəlməsini nəzərə alır, xarici siyasətdə çeviklik nümayiş etdirir,  fərqli oyun qaydalarına uyğunlaşmalı olurlar.


Təhlildə göstərilir ki, İKT əsrində ənənəvi diplomatiyanın çoxsaylı yeni formaları, eləcə də: mədəni diplomatiya, xalq diplomatiyası, preventiv diplomatiya, yumşaq və sərt diplomatiya, çevik diplomatiya, iqtisadi diplomatiya, pinq-ponq diplomatiya və s. - tərifləri ortaya çıxmışdır.


Geniş vüsətlə inkişaf edən-" Elektron (rəqəmsal) diplomatiya" (digital diplomacy), "şəbəkə diplomatiyası"(net diplomacy), "Web 2.0" (public diplomacy Web 2.0), "internet diplomatiya"(Internet diplomacy), "Tvitter diplomatiya" (Twitter-diplomacy), "Feysbuk-diplomatiya" (Facebook diplomacy) və s. həmçinin onun ayrılmaz hissəsidir.


Qeyd edilir ki, nisbətən yeni demokratik dövlət olmasına baxmayaraq, Azərbaycanın xarici siyasəti və diplomatiyası informasiya dövrünün çağırışlarına çevikliklə cavab verir. Dövlətimizin xarici siyasət strukturlarının  e-diplomatiyaya dair qlobal reytinqlərdə ön sıralarda  yer almasına, region dövlətlərı sırasında lider mövqeyə çıxmasına, kifayət dərəcədə yüksək hesab edilən dünya üzrə ilk 50-likdə qərar tutmasına və s. məsələlərə dair tədqiqatda gətirilən  konkret faktlar bunu əyani olaraq nümayiş etdirir.


Yekun olaraq göstərilir ki, dövlət başçısının hücum diplomatiyasına uyğun olaraq, Azərbaycanın xarici siyasəti yeni çağırışları adekvat qəbul edir və fəaliyyətini uğurla e-diplomatiya məkanına keçirməklə ölkəmizin milli maraqlarına xidmət edir.


SAM SHERHLERI-4 for_print.pdf



 

: 2347