| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Növbəti debatlar gənclərin elmdə iştirakı haqqındadır

2011-05-11 15:19:00

Azərbaycan Gənclərinin VI Forumu ərəfəsində gənclərin iştirakı ilə debatlar keçirilir. Debatların keçirilməsində məqsəd – gəncləri maraqlandıran və onların gələcəyinə təsir göstərən məsələlərin həllində fəal iştirakın təmini, nəzəri biliklərinin artırılması üçün şəraitin yaradılması, diskussiya bacarığı və mədəniyyətini inkişaf etdirməkdir. Debatlar Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın hazırlığında gənclərin real iştirakının artırması məqsədinə cavab verir - müzakirə ediləcək məsələlər Dövlət Proqramının layihəsində əks edilmiş əsas istiqamətlərlə uzlaşır.
 
Növbəti debatlar "Gənclərin elmdə iştirakı” mövzusunda 14 may 2011-ci il tarixdə saat 13.00Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində aparılacaqdır.Debatlarda gənc alimlər, aspirantlar, eləcə də ekspert qismində Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri iştirak edəcəkdir.
 
Tədbirin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır.
İlk debatlar "Gənclər və informasiya cəmiyyəti: imkanlar və problemlər. Gənclər nəyə baxır, nəyi dinləyir, nəyi axtarır?”, "Tələbə gənclər: gözləntilər, innovativ potensial və cəmiyyətə qaytarılacaq dəyərlər” mövzusunda aparılmışdır.



 

: 513