| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Pakistan Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik və Müharibə kursunun dinləyiciləri Strateji Araşdırmalar Mərkəzini ziyarət etmişdır

2016-04-25 18:36:22

2016-ci il aprelin 25-də Pakistan Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik və Müharibə kursunun 2015-2016-cı il dinləyiciləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində olmuşlar. 

22 nəfərlik nümayəndə heyətinin tərkibinə Bruney sultanlığı, Oman və Nigeriyadan da təmsilçilər olmaqla, Pakistanın quru qoşunları, xüsusi təyinatlı qüvvələri, hərbi-hava qüvvələri və hərbi-dəniz donanmasının yüksək rütbəli zabitləri və zabitləri daxil idi. Qonaqlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabitlərinin müşaiyəti ilə ölkəmizə səfərləri çərçivəsində müxtəlif ekspertlər və dövlət rəsmiləri ilə görüşlər keçirmişlər.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində keçirilən görüşdə mərkəzin direktor müavini Gülşən Paşayeva ölkəmiz və SAM haqqında qısa məlumat vermiş, SAM-ın elmi işçisi Fuad Çıraqov Azərbaycanın xarici siyasəti və strategiyası, aparıcı elmi işçisi Kamal Makili-Əliyev isə Azərbaycanın milli və hərbi təhlükəsizlik konsepsiyası barəsində qonaqlar qarşısında çıxış etmişlər. Çıxışlardan sonra Mərkəzin əməkdaşları qonaqları maraqlandıran müxtəlif məsələlərlə bağlı suallara cavab vermişlər.    


 

: 1888