| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

QLOBALLAŞMA, MİLLİ İDEYA VƏ MÜASİR AZƏRBAYCAN

2011-06-10 19:23:00

13 iyun  2011-ci il  tarixində saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə "QLOBALLAŞMA, MILLI İDEYA VƏ MÜASİR AZƏRBAYCAN”  mövzusunda milli müzakirə keçiriləcək.
 
Tədbirdə milli ideya və yeni milli gerçəklik, qloballaşan dünyada milli identikliyə çağırışlar, milli ideya və milli inkişaf strategiyası, Azərbaycançılıq XXİ əsrdə: İdeya. Missiya. Dövlətçiliyin fundamental resursu və s. məsələlər   əsas müzakirə mövzuları olacaq.
 
Müzakirələrdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri, AMEA, SAM və ADA-nın məsul əməkdaşları, elm və təhsil sahəsinin təmsilçiləri, QHT nümayəndələri, KİV rəhbərləri iştirak edəcək.
 
Tədbirin keçiriləcəyi məkan:
Bakı Biznes Mərkəzi, Bakı şəhəri, Neftçilər prospekti, 44 


 

: 424