| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Sabah SAM Dünya Bankı ilə birgə “Azərbaycanda orta sinif: sosial, iqtisadi, siyasi dinamika və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirəcək

2012-10-23 06:05:00

Sabah, 24 oktyabr 2012-ci il tarixində Strateji Araşdırmalar Mərkəzi Dünya Bankı ilə birgə "Azərbaycanda orta sinif: sosial, iqtisadi, siyasi dinamika və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirəcək. 

Tədbiri Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov giriş sözü ilə açacaq.

Moderatorluğunu Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Akademik Ziyad Səmədzadə edəcək "Orta sinfin sosial-iqtisadi aspektləri: gerçəklik və perspektivlər” mövzulu birinci paneldə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Siyasəti Şöbəsinin müdiri Zaur Qasımovun "Azərbaycanda sahibkarlığın inkişafı və orta sinfin formalaşmasında onun rolu”, SAM-ın şöbə müdiri Dr.Vüsal Qasımlının "Azərbaycanda orta sinfin inkişafı”, Dünya Bankının aparıcı iqtisadçı və ölkə üzrə sektor koordinatoru Dr.Raşmi Şankar "Orta sinif və iqtisadi inkişaf” Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev "Orta sinif və biznes”, moderatorluğunu ADİU-nun İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru Professor Rasim Həsənovun edəcəyi "Orta sinif: siyasi sabitliyin əsası” mövzulu ikinci paneldə isə Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Orta sinif və gender”, SAM-ın şöbə müdiri Dr.Tahirə Allahyarova  "Azərbaycanda orta sinfin inkişafının siyasi aspektləri”, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri  Şahin Seyidzadə isə "Gənclərin orta sinfin formalaşmasında rolu” mövzularında məruzələri planlaşdırılır.

Tədbiri saat 10:00 - 13:00-da Twitter-dən izləyə bilərsiz.  



 

: 41