| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM “2-ci illik Frankfurt Qaz Forumu”-nun akademik tərəfdaşı olacaq

2013-12-10 00:03:39

11-12 dekabr 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Frankfurtda (Almaniya) təşkil olunacaq "2-ci illik Frankfurt Qaz Forumu”-nun akademik tərəfdaşı olacaq. 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Gülmira Rzayeva "Avropa qaz bazarının inkişafı və Azərbaycan qazının mümkün marketinqi” mövzusunda çıxış edəcək.  

Konfransın ilk günü "Cənub Qaz Dəhlizinin hazırkı problemləri və gələcək perspektivləri”, "Şərqi Aralıq Qazı AB -yə: Ticari Perspektivlər və Problemlər”, "Cənub Qaz Dəhlizi Və Şərqi Aralıqda Investisiya Perspektivləri”, "Rusiyanın AB-yə Qaz Ixracının Gələcək Perspektivləri: Rusiya Yeni AB Qaz Bazarında Necə Ticarət edəcək?” mövzulu panellər planlaşdırılır.  

İkinci gün "Cənub Qaz Dəhlizi Geosiyasəti və Bunun Avropa Enerji Təhlükəsizliyinə Təsiri” və "Şərq Aralıq Ofşor Qazının Geosiyasi Riskləri Və Ticari Perspektivləri” mövzularında müzakirələr nəzərdə tutulub.  


 

: 415