| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM İƏT ölkələrinin beyin mərkəzlərinin VI beynəlxalq forumuna qatılmışdır

2015-03-10 23:01:33

2015-ci ilin 6-8 mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin məsləhətçi eksperti Kamal Qasımov Pakistan Parlamentinin Müdafiə məsələləri üzrə Komitəsinin və Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə səyləri ilə İslam Əməkdaşlığı Təşkilatı (İƏT) ölkələrinin beyin mərkəzlərinin İslamabadda keçirilmiş VI beynəlxalq forumunda məruzəçi kimi iştirak etmişlər.

 

"Müsəlman ölkələrində çoxölçülü təhlükəsizliyin təmin edilməsi" mövzusuna həsr edilmiş bu forumda müsəlman ölkələrinin 100-ə yaxın nüfuzlu beyin mərkəzlərinin təmsilçiləri bir araya gəlmişdir. İslam dünyasını maraqlandıran bir sıra məsələlər ətrafında aparılmış fikir mübadilə nəticəsində İslamabad Bəyannaməsi qəbul edilmişdir.

 

Forumun gedişində eləcə də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn İslam Dünyası İstanbul mükafatlarını on nominasiya üzrə layiq görülmüş qaliblərə  təqdim etmişdir.



 

: 2242