| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM «Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlər» mövzusunda dəyirmi masa keçirmişdir

2014-03-03 12:33:42

3 mart 2014-cü il tarixində SAM «Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlər» mövzusunda dəyirmi masa keçirmişdir.   

Tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar  Mərkəzinin direktoru Fərhad Məmmədov və Belarus Respublikasının Prezident Administrasiyası yanında Məlumat-Analitik Mərkəzinin direktoru Aleksandr Bazanov salamlama nitqi ilə açmışlar. 

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Belarus Respublikasının Prezidentinin Administrasiyası yanında Məlumat-Analitik Mərkəzinin (MAM) direktor müavini Aleksey Matsevilo və MAM Konsultativ Şurasının eksperti Sergey Kizima məruzələrlə çıxış etmişlər.

Tərəflər Belarus və Azərbaycan arasında ikitərəfli münasibətlərin formalaşması və inkişaf mərhələləri, eləcə də Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları, Azərbaycanın Cənubi Qafqazda apardığı siyasət və s. mövzuları müzakirə etmişlər.

Sonda SAM və MAM arasında Anlaşma Memorandumu imzalanmışdır.



 

: 1052